Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xəzər Yaşıl Enerji Dəhlizi: Mərkəzi Asiyadan Avropaya yeni enerji körpüsü

3 dəq
Paylaş:
Xəzər Yaşıl Enerji Dəhlizi: Mərkəzi Asiyadan Avropaya yeni enerji körpüsü

, Xəzər dənizinin altından keçəcək yeni enerji dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Caspian Green Energy Corridor” adlandırılan layihə Mərkəzi Asiyanın artan potensialını Avropa bazarları ilə birləşdirməyi hədəfləyir.

Məlumata görə, təşəbbüs 2024-cü ilin noyabrında Bakıda imzalanmış əməkdaşlıq sazişi ilə rəsmiləşdirilib. Layihə yalnız bərpa olunan elektrik enerjisinin deyil, həm də yaşıl hidrogen və yaşıl ammonyak ixracının həyata keçirilməsini nəzərdə tutur.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, layihənin əsas komponenti Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli birbaşa cərəyan (HVDC) kabelidir. Bu infrastruktur Qazaxıstanın elektrik şəbəkəsini Azərbaycanla birləşdirəcək, daha sonra enerji Qara dəniz vasitəsilə Rumıniyaya və Avropanın ümumi enerji şəbəkəsinə ötürüləcək.

Bildirilib ki, 2025-ci ilin aprelində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və tərəfdaş ölkələrin energetika qurumları layihənin texniki-iqtisadi əsaslandırmasının maliyyələşdirilməsi barədə razılığa gəlib.

Tədqiqat işləri İtaliyanın “CESI” mühəndislik şirkəti tərəfindən aparılır və 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. Bu mərhələdə layihənin texniki, iqtisadi və hüquqi əsasları qiymətləndiriləcək.

Məlumata görə, Qazaxıstan 2035-ci ilə qədər əlavə 10 giqavat gücü yaratmağı, Özbəkistan isə 2030-cu ilə qədər yaşıl enerji gücünü 35 giqavata çatdırmağı planlaşdırır.

Azərbaycan isə layihədə tranzit və inteqrasiyaedici rol oynayaraq Gürcüstan, Rumıniya və Macarıstanla Qara dəniz enerji kabeli layihəsi üzərində əməkdaşlığı davam etdirir.

Energetika naziri Pərviz Şahbazov “Kazakhstan Energy Week” çərçivəsində bildirib ki, Transxəzər Yaşıl Enerji Dəhlizi region ölkələrinin enerji sistemlərini tarixdə ilk dəfə geniş miqyasda birləşdirərək strateji əməkdaşlığı gücləndirəcək.

Ekspertlərin fikrincə, layihə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi və karbon emissiyalarının azaldılması baxımından mühüm əhəmiyyət daşısa da, hələ ilkin mərhələdədir.

Qeyd olunur ki, əsas çətinliklərə yüksək tikinti xərcləri, kommersiya səmərəliliyi, texniki icra müddəti və regional enerji şəbəkələrinin uyğunlaşdırılması daxildir. Eyni zamanda, iştirakçı ölkələrin daxili enerji tələbatının artması da əlavə infrastruktur genişləndirmələrini zəruri edə bilər.

Hazırda “Caspian Green Energy Corridor” uzunmüddətli və strateji potensiala malik regional enerji təşəbbüsü kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax