Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı

1 dəq
Paylaş:
“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı

Çempionlar Liqasının əsas mərhələsində sonuncu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çempionu mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax