Misli Premyer Liqasının XXVI turu çərçivəsində bu günün yeganə matçında çempionluğa iddialı "Qarabağ" klubu "Karvan-Yevlax"la üz-üzə gələcək.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq. Hazırda Ağdam təmsilçisi 52 xalla 2-ci yerdə qərarlaşıb. Rəqib Yevlax komandası isə 8 xalla 12-ci (sonuncu) sırada yer alır.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün baş tutan oyunlarda "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) hesabı ilə məğlub edib.