Kamal Yaşarın verilişi bağlandı - Açıqlama

Kamal Yaşarın verilişi bağlandı - Açıqlama
15.02.2023 12:29
Aa
dəq

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) dublyaj aktyoru Kamal Yaşarın işdən çıxarılmasına münasibət bildirib.

Televiziyadan "Operativ Məlumat Mərkəzi - OMM"-nin sorğusuna cavab olaraq bildirilib ki, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib.

“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil. Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”, - AzTv-dən qeyd edilib.

Qeyd edək ki, aktyor ötən gün sosial şəbəkə vasitəsilə müraciət yaymışdı.

Həftənin ən çox oxunanları

Azərbaycanı "Avroviziya-2024" o təmsil edəcək

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib
DAVAMIN OXU davamın oxu

Aybəniz Haşimovanın qardaşı həbs edildi

Aybəniz Haşimovanın qardaşı həbs edildi
DAVAMIN OXU davamın oxu

Təranə Səmədovaya hökm oxunub

Təranə Səmədovaya hökm oxunub
DAVAMIN OXU davamın oxu

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı
DAVAMIN OXU davamın oxu