Operativ Məlumat Mərkəzi

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

1 dəq
Paylaş:
İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib. Bu barədə "Operativ Məlumat...

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSMF-dən məlumat verilib.

Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər