İstanbul Texniki Universitetinin kampusunda yanğın başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisənin səbəbi hələ ki məlum deyil.