Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra sakinlərin evlərinə hər hansı ziyan dəyməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın hazırda davam edir:
"Müəyyən partlayış səsləri də eşidilir. Əlavə məlumat olarsa, bu barədə ictimaiyyətə bildiriləcək".