Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər