Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Türkiyəyə raket atmadığını bəyan etdi

2 dəq
Paylaş:
İran Türkiyəyə raket atmadığını bəyan etdi

İran Silahlı Qüvvələri dövlət mediası vasitəsilə yaydığı rəsmi bəyanatda ərazisinə hər hansı raket fırlatmadıqlarını və qonşu ölkənin suverenliyinə sadiq olduqlarını vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tehran rəhbərliyi bölgədəki hərbi hərəkətliliyin Türkiyəni hədəf almadığını qeyd edib.

Lakin Türkiyə Milli məsələ ilə bağlı fərqli məlumat paylaşıb.

Nazirliyin açıqlamasına görə, İrandan atılan və Türkiyə hava məkanına doğru irəliləyən zərərsizləşdirilib.

Bildirilib ki, sözügedən raket Suriya və İraq üzərindən keçdikdən sonra Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

Türkiyə Milli həmçinin vurğulayıb ki, təhlükənin kimdən və haradan gəlməsindən asılı olmayaraq, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün imkanlar səfərbər edilib.

Rəsmi Ankara bütün tərəfləri münaqişənin genişlənməsinə səbəb olacaq addımlardan çəkinməyə çağırıb və bu istiqamətdə NATO müttəfiqləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax