Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ ilə hansı şərtlərlə razılaşacaq? - Nazir açıqladı

1 dəq
Paylaş:
İran ABŞ ilə hansı şərtlərlə razılaşacaq? - Nazir açıqladı

İranın naziri Abbas Əraqçi bəyan edib ki, Vaşinqtonla danışıqlarda yalnız “ədalətli və hərtərəfli” razılaşmanı qəbul edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, nazir bu fikirləri Pekində həmkarı Yi ilə görüş zamanı səsləndirib.

Əraqçi vurğulayıb ki, İranın mövqeyi dəyişməz olaraq qalır və istənilən razılaşma qarşılıqlı hörmətə, balanslı şərtlərə və hər iki tərəfin maraqlarına uyğun olmalıdır.

Nazirin sözlərinə görə, Tehran birtərəfli diktə edilən şərtləri qəbul etməyəcək və yalnız bərabər əsasda qurulan razılaşmaya hazırdır.

Qeyd edək ki, Tehran daha əvvəl də Vaşinqtonla dialoqda “ədalətli və balanslı” yanaşmanın əsas şərt olduğunu dəfələrlə bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax