Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"İnter" yeni müdafiəçi ilə razılığa gəlib: Transfer detalları bəlli olur

2 dəq
Paylaş:
"İnter" yeni müdafiəçi ilə razılığa gəlib: Transfer detalları bəlli olur

İtaliyanın “İnter” klubu heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, insayder Nikolo Skiranın yaydığı məlumata əsasən, Milan təmsilçisi “”nin müdafiəçisi ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

Məlumata görə, Milan 26 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə üzrə anlaşma əldə edib. Lakin transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir.

Bildirilir ki, Chelsea FC futbolçunun transferi üçün 35 milyon avro sabit ödəniş və 5 milyon avro bonus tələb edir. “İnter” isə hazırda 30 milyon avro və əlavə 5 milyon avro bonus təklif edir.

Məlumata əsasən, tərəflər bonusların strukturu və futbolçunun gələcəkdə başqa kluba satılması halında “Çelsi”yə çatacaq faiz məsələsi üzərində müzakirələri davam etdirirlər.

Qeyd edək ki, Çaloba 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb və 3 qol vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax