İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda Baş Prokurorluğun təqdimatında bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 602 nəfərin nəşinin qalıqları tapılıb, onlardan 120 nəfərin şəxsiyyəti müəyyənləşib.