Operativ Məlumat Mərkəzi

İmişlidə zəlzələ olub

1 dəq
Paylaş:
İmişlidə zəlzələ olub

Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər