Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

Aprelin 17-də Antalyada İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlanıb.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələr arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olunub.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlət başçısına bir daha minnətdarlıq edib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunulub.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olunub, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulanıb.

Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

***

Antalyada İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə aprelin 17-də görüşü olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax