Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da, əslində, ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.
“Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir”, - deyə o əlavə edib.