Bizim ölkələrimiz strateji tərəfdaşlardır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib.
“Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.