“İlk Prezident təqaüdçüləri” layihəsi təqdim olunub

“İlk Prezident təqaüdçüləri” layihəsi təqdim olunub
14.03.2023 09:39
Aa
dəq

Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı DİM-in Tədbirlər Planına uyğun olaraq həyata keçirilən birgə layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlanılıb, onlardan ulu öndərlə keçirilən görüşü necə xatırladıqları, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirmək xahiş olunub.

“Heydər Əliyev İli” boyunca ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar təqdim olunacaq.

Birinci müsahib Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirli olub.

Xatırladaq ki, Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 sentyabr 2001-ci il tarixində imzalanan Fərmanı ilə təsis edilib. Həmin Fərmana uyğun olaraq ilk dəfə 2001/2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalanıb.

Prezident təqaüdünün təsis edilməsi pedaqoji ictimaiyyəti tərəfindən sevinclə qarşılanmış, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhval-ruhiyyəsi yaradıb. Sonradan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təqaüdçülərin sayı və məbləği artırılıb.

Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi olaraq, həmçinin hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident sarayında görüş keçirirdi. Heydər Əliyev yüksək nəticələrə görə tələbələri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu