Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Yeni yataqdan qaz hasilatı gələn ay başlayır

1 dəq
Paylaş:
İlham Əliyev: Yeni yataqdan qaz hasilatı gələn ay başlayır

Azərbaycanda gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılmasını elan edəcəyik.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

"Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli qurduq", - Azərbaycan lideri vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax