Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin durumu açıqlanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 64 yaşlı kişiyə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona hər iki aşağı ətrafın çoxsaylı cırılmış yaraları diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
***
Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.