Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zaqatalada leysan: Yağıntı normanı keçdi

1 dəq
Paylaş:
Zaqatalada leysan: Yağıntı normanı keçdi

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Məlumata görə, Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və yarımadasında 1 mm-dək alınıb.

Hazırda -qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax