Türkiyə Qran Prisi Formula 1 təqviminə qayıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Qran Prisi 2027-ci ildən etibarən Formula 1 Dünya Çempionatı təqviminə yenidən daxil ediləcək və ən azı beş il müddətində yarışlara ev sahibliyi edəcək.
Qeyd olunub ki, Prezident Kommunikasiya İdarəsinin açıqlamasında bu qərarın Türkiyənin avtoidman tarixində mühüm bir dönüş olduğu vurğulanıb.
Məlumata görə, İstanbul Park trası yenidən dünyanın ən sürətli pilotlarını qəbul edəcək və şəhər beynəlxalq səviyyəli yarış mərkəzi kimi ön plana çıxacaq.
Açıqlamada qeyd edilib ki, bu addım İstanbulun həm idman, həm də mədəniyyət baxımından qlobal miqyasda daha da tanınmasına töhfə verəcək.