Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Çinə rəsmi səfərə yola düşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində Ceyhun Bayramovun sabah Çinin xarici işlər naziri Van İ ilə görüşü planlaşdırılıb.
Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van İ-nin dəvəti ilə baş tutacaq və yanvarın 28–29-da davam edəcək.