Operativ Məlumat Mərkəzi

Gəncədə baş verən partlayışda ölən var, yaralananların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB-3

3 dəq
Paylaş:
Gəncədə baş verən partlayışda ölən var, yaralananların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB-3
ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır. Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova...

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

***

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır.

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

***

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***

Gəncədə binada partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər