Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Qalatasaray" "Fənərbağça"nı qəbul edir

1 dəq
Paylaş:
"Qalatasaray" "Fənərbağça"nı qəbul edir

Bu gün Superliqasında XXXI turun mərkəzi oyunu keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, uğrunda mübarizə "" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşacaq. Bakı ilə saat 21:00-da start götürəcək matçı Yasin Kol idarə edəcək.

30 turdan sonra "sarı-qırmızılar" 71 xalla turnir cədvəlinə başçılıq edir. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qərarlaşıblar.

Mövsümün başa çatmasına 4 tur qalmış İstanbul derbisi çempionluğun taleyinə də böyük ölçüdə aydınlıq gətirəcək. "Qalatasaray" qalib gəlsə, liderliyini daha da möhkəmlədəcək və mövsümün qalibi olmaq yolunda ciddi addım atacaq. "Fənərbağça"nın qələbəsi isə liderlə xal fərqini 1-ə endirəcək və çempionluq yarışı son turlara qədər davam edəcək.

Günün digər matçı Bakı vaxtı ilə saat 15:30-da "Gənclərbirliyi" ilə "Kocaelispor" arasında olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax