Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefonla danışıb

1 dəq
Paylaş:
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefonla danışıb

Azərbaycan naziri xarici işlər naziri Baxtiyar Saidovla aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında bildirib.

Nazir bildirib ki, Özbəkistan və Azərbaycan arasında strateji və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.

“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - nazir əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax