Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Bu barədə rəsmi məlumatı “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidməti açıqlayıb.
Sabah paytaxtda şimal-qərb küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz isə 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bölgələrdə şərq küləyi əsəcək və arabir duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti qeydə alınacaq.