Şuşa rayonunun Böyük Qaladərəsi kəndində yeni Bayraq meydanı inşa edilib. Mayın 28-də kəndi ziyarət edərək sakinlərlə görüşən Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, kənddə məskunlaşma üçün zəruri infrastrukturun qurulması və sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu çərçivədə görülən işlər aşağıdakılardır:
- Enerji təchizatı: Transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib və mövcud şəbəkə bərpa olunub. İlkin mərhələdə istifadəyə veriləcək evlər sayğaclarla təchiz edilib.
- Qazlaşdırma: Kəndə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması prosesinə start verilib.
- Su təchizatı: Əhalinin içməli su ilə təminatı üçün paylayıcı xətlər çəkilib və sayğaclaşdırma işləri aparılıb.
- İnfrastruktur: Kənddaxili yollar abadlaşdırılıb, rabitə xətlərinin çəkilməsi üzrə işlər isə hazırda davam etdirilir.