Misli Premyer Liqasında çıxış edən klubların 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqı məbləğləri rəsmən müəyyənləşib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu rəqəmlər AFFA-nın son maliyyə hesabatında öz əksini tapıb.
Siyahıya inzibati işçilərə ən çox məvacib ödəyən "Qarabağ" başçılıq edir. Ağdam klubunda bu rəqəm 6 milyon 805 min 500 manat təşkil edib.
İkinci sırada 5 milyon 145 min 600 manat maaş ödəyən "Sabah" (Masazır) qərarlaşıb. İlk "üçlüyü" isə 1 milyon 976 min 847 manat büdcə ilə "Neftçi" qapayıb.
Növbəti sıralarda yer alan klubların xərcləri isə aşağıdakı kimidir:
- "Sumqayıt" - 1 milyon 610 min 800 manat
- "Zirə" - 1 milyon 351 min 61 manat
- "Turan Tovuz" - 867 min 600 manat
- "Şamaxı" - 644 min 300 manat
- "Səbail" - 588 min 700 manat
- "Araz-Naxçıvan" - 209 min 700 manat
- "Kəpəz" - 108 min 300 manat