Türkiyənin “Fənərbağça” komandası Niderland millisinin futbolçusu Nathan Akenin transferini rəsmən açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və müdafiəçi ilə müqavilə imzalanıb.
Dünya çempionatında Niderland millisinin heyətində çıxış edən futbolçu Avstriyadakı təlim-məşq toplanışında komandaya qoşulacaq.