Operativ Məlumat Mərkəzi

Erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub

1 dəq
Paylaş:
Erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub
bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən...

Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər