Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Macarıstanın yeni seçilmiş Baş naziri Magyar arasında telefon danışığı baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin gələcək perspektivlərini, həmçinin regional və qlobal əhəmiyyətli məsələləri müzakirə ediblər.
Görüş zamanı Türkiyə lideri həmkarını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
O, iki ölkə arasındakı əlaqələrin ortaq tarix və mədəniyyətə əsaslandığını vurğulayaraq, əməkdaşlığın yeni dövrdə həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf edəcəyinə inandığını bildirib.