Elan saytlarında dələduzluq edən şəxs saxlanıldı

Elan saytlarında dələduzluq edən şəxs saxlanıldı
16.02.2023 10:06
Aa
dəq

Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" -a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub.

Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.

"Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməmələrini tövsiyə edirik", - DİN-dən bildirilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu