Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhəri və ətraf kəndlərdə su və kanalizasiya infrastrukturunun yenilənməsini nəzərdə tutan layihəni təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə üzrə qərar aprelin 29-da Bank tərəfindən qəbul edilib. Məlumata görə, layihənin ümumi dəyəri 95 milyon avro təşkil edir və bunun 91 milyon avroya qədər hissəsi kredit xətti hesabına maliyyələşdiriləcək.
Layihə çərçivəsində Şəki şəhərində və yaxın kəndlərdə içməli su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin qurulması, həmçinin tullantı sularının təmizlənməsi qurğularının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin əsas məqsədi fasiləsiz su təchizatını təmin etmək, tullantı sularının idarə olunmasını yaxşılaşdırmaq və daşqın risklərinə qarşı dayanıqlı infrastruktur yaratmaqdır.