Operativ Məlumat Mərkəzi

Dünən vətəndaşlardan 52 silah, 3 qumbara götürülüb

1 dəq
Paylaş:
Dünən vətəndaşlardan 52 silah, 3 qumbara götürülüb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Bu...

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər