Operativ Məlumat Mərkəzi

Dünən 14 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
Dünən 14 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının fevralın 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqrama yaxın heroin, 4,7 kiloqramdan çox marixuana, 2,2 kiloqram tiryək, həmçinin 4510 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər