Operativ Məlumat Mərkəzi

Venesuelada onlarla siyasi məhbus azadlığa buraxılıb

2 dəq
Paylaş:
Venesuelada onlarla siyasi məhbus azadlığa buraxılıb

Venesuelada həftəsonu ərzində ən azı 80 siyasi məhbus azadlığa buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin tanınmış təşkilatı olan "" məlumat yayıb.

Təşkilatın direktoru Alfredo Romero bildirib ki, hazırda şəxsiyyətlərin dəqiqləşdirilməsi prosesi davam edir və azad edilənlərin sayının artacağı gözlənilir.

"Foro Penal" vəkili Qonsalo Himiob "X" sosial şəbəkəsində verdiyi açıqlamada qeyd edib ki, yoxlamalar başa çatdıqdan sonra bu rəqəm 80-i keçə bilər.

Məhbusların azad edilməsi ABŞ-nin bu ayın əvvəlində Prezidenti Nikolas Maduronu həbs edərək narkotik qaçaqmalçılığı ittihamı ilə Nyu-Yorka aparmasından sonraya təsadüf edir.

Digər tərəfdən, müvəqqəti Delsi Rodriqes 600-dən çox məhbusun sərbəst buraxıldığını iddia etsə də, "Foro Penal" bu rəqəmin şişirdildiyini vurğulayır.

Təşkilatın məlumatına görə, azad edilənlər arasında 2024-cü ilin avqustundan bəri "Tocorón" həbsxanasında saxlanılan Kennedi Texeda da var.

İnsan haqları müdafiəçiləri xəbərdarlıq edir ki, azadlığa buraxılanların çoxunun üzərindən ittihamlar götürülməyib. Bu isə onları hüquqi qeyri-müəyyənlikdə saxlayır və ictimaiyyətə açıqlama vermələrini qadağan edir. Yanvarın 8-dən bəri ümumilikdə 156 siyasi məhbus, o cümlədən müxalifət nümayəndələri və ən azı beş İspaniya vətəndaşı sərbəst buraxılıb.

Delsi Rodriqes həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə əlaqə saxlayaraq, siyahıların BMT tərəfindən təsdiqlənməsini xahiş edəcəyini bildirib. Qeyd edək ki, ictimaiyyət və insan haqları təşkilatları Venesuela hökumətini tənqidçiləri susdurmaq üçün qanunsuz həbslərdə ittiham edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax