Operativ Məlumat Mərkəzi

DİN: Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
DİN: Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut...

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut Nağıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla T.Nağıyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər