"ABŞ-nin Kubaya qarşı potensial təcavüzü Vaşinqton üçün ciddi nəticələrə səbəb ola bilər, çünki Havana ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kuba prezidenti və Milli Müdafiə Şurasının sədri Migel Dias-Kanel Bermudes deyib.
"Təcavüzdən qaçınmağın ən yaxşı yolu imperializmin ölkəmizə hücumun dəyərini hesablamağa məcbur edilməsidir və bu, birbaşa hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır", - o qeyd edib.