Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ronaldo altıncı dünya çempionatına hazırlaşır

2 dəq
Paylaş:
Ronaldo altıncı dünya çempionatına hazırlaşır

Portuqaliya milli komandası 2026-cı il üçün heyətini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Championat” nəşri məlumat yayıb.

Məlumata görə, Kriştiano da yığmanın heyətinə daxil edilib. Qarşıdan gələn mundial futbol ulduzunun karyerasında altıncı dünya çempionatı olacaq.

Qrup mərhələsində Portuqaliya millisi DR Konqo, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Bildirilir ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Bəzi media orqanları İranın və İsraillə yaşadığı gərginlik səbəbindən mundialdan kənarda qala biləcəyini və bunun Rusiyanın turnirə vəsiqə şansını artıra biləcəyini iddia etmişdi. Lakin daha sonra İran tərəfi oyunların ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı ilə danışıqlara başlayıb.

Mayın 18-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi FIFA-nın İran millisinin dünya çempionatında iştirakına təminat verdiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax