Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əsgəran–Xocalı–Xankəndi yolunda tikinti işlərinin 86%-i başa çatıb

2 dəq
Paylaş:
Əsgəran–Xocalı–Xankəndi yolunda tikinti işlərinin 86%-i başa çatıb

–Xocalı–Xankəndi yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.

Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.

Bildirilib ki, Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax