Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov ATƏT-in XİN Şurasının iclasında iştirak edir - YENİLƏNİB

1 dəq
Paylaş:
Ceyhun Bayramov ATƏT-in XİN Şurasının iclasında iştirak edir - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclası giriş sözü ilə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski açıb.

***

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşün qonaqlarını ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani qarşılayır.

İclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər