Operativ Məlumat Mərkəzi

Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq

1 dəq
Paylaş:
Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın...

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın növbəti raunddakı rəqibi bəlli olacaq.

Belarusun "Dinamo" (Minsk) komandası Macarıstanda Bolqarıstan təmsilçisi "Ludoqorets"lə üz-üzə gələcək. Cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ötən həftə baş tutan ilk görüşdə bolqarlar qələbə qazanıblar - 2:0.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər