Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bolqarıstan Prezidenti Bakıya gəlir: WUF13-də iştirak edəcək

2 dəq
Paylaş:
Bolqarıstan Prezidenti Bakıya gəlir: WUF13-də iştirak edəcək

Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün 17-19 may tarixlərində Azərbaycana səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, onun səfəri İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Liderlərin sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də keçiriləcək.

İ.Yotova səfər çərçivəsində ilə görüşəcək.

Bolqarıstan nümayəndə heyətinin tərkibinə Veliko-Tırnovo meri, Bolqarıstanın Milli Bələdiyyələr Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov da daxil olacaq. WUF13-də həmçinin Bolqarıstanın müxtəlif bölgələrindən yerli hakimiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində təcrübə mübadiləsinə yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax