Operativ Məlumat Mərkəzi

Bu ərazilərdə qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

1 dəq
Paylaş:
Bu ərazilərdə qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!
Bu gün 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində...

Bu gün 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə “Lökbatan” QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Stansiya Qala və Mərdəkan yeni yaşayış massivləri), Yasamal rayonunun (R. Məmmədov, K.Kazımzadə, Ş.Mehdiyev, Ə. Ələkbərov küçələri, H.Cavid prospekti), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər