Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib.
Proses sentyabrın 8-də davam etdiriləcək.