“Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Azərbaycana potensialını investorlara nümayiş etdirməyə kömək edir”- Prezident

“Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Azərbaycana potensialını investorlara nümayiş etdirməyə kömək edir”- Prezident
31.05.2023 11:21
Aa
dəq

“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və konfransı artıq 30 ilə yaxındır ki, Azərbaycana potensialını investorlara nümayiş etdirməyə kömək edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, 1994-cü ildə təkcə birinci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçirilməyib, həm də “Əsrin müqaviləsi” imzalanıb.

“Bu müqavilə ilə ölkəmizdəki vəziyyət tamamilə dəyişib, sərmayələr cəlb edilib, ölkədə iqtisadi sabitliyi və firavan gələcəyi təmin edib”, - dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin neft strategiyası yenicə formalaşmağa başlayıb.

“Bu il biz müstəqil Azərbaycanın qurucusunun anadan olmasının 100 illiyini qeyd edirik”, - Prezident İlham Əliyev əlavə edib.

Həftənin ən çox oxunanları

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur
DAVAMIN OXU davamın oxu

ABŞ-də prezident seçkiləri kampaniyası

ABŞ-də prezident seçkiləri kampaniyası
DAVAMIN OXU davamın oxu

"Bi-2" qrupunun üzvləri saxlanılıb

DAVAMIN OXU davamın oxu

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ səfiri Azərbaycana başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Meksikalı məşhur aktyor vəfat edib

Meksikalı məşhur aktyor vəfat edib
DAVAMIN OXU davamın oxu