Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək

1 dəq
Paylaş:
Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək
yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri...

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 4-də Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans təşkil ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba və Bərdə şəhərlərində də regional konfranslar təşkil olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər