Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

21 marşrutun hərəkət sxemi dəyişdirilib

2 dəq
Paylaş:
21 marşrutun hərəkət sxemi dəyişdirilib

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir- ilə əlaqədar vasitələrinin hərəkətinə tətbiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə