Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda 177 eskalator yenilənir

2 dəq
Paylaş:
Bakıda 177 eskalator yenilənir

Bakıda sakinlərdən daxil olan əsasında paytaxtın müxtəlif ərazilərində 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb.

Məlumata görə, bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.

Məlumatda qeyd olunub ki, bu işlər İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax