Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

M6 ekspres avtobuslarının hərəkət sxemi dəyişdirilir

1 dəq
Paylaş:
M6 ekspres avtobuslarının hərəkət sxemi dəyişdirilir

Bakı metropoliteninin "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Koroğlu" stansiyasından "Elmlər Akademiyası" və "Nizami" stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar "Nizami"metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres xətti uzadılaraq son dayanacaq məntəqəsi "Koroğlu" metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını əlaqələndirəcək", - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə